Reklam
Reklam

Etimologiya lüğəti

kövrək

Quru (və ona görə də tez ovxalanan, sınan) mənasında işlədilib, köy (od, yanmaq)  sözü ilə bağlıdır. Qax kəlməsi ilə qohumdur.  Biz indi  təpimək feilini işlədirik, onun qədim forması kepimək (görünür, köy sözü ilə, yəni istilik anlamı verən kəlmə ilə bağlıdır) olub. Kövrək sözü də həmin  kepimək sözü ilə əlaqədardır. Kövrək sözünün törəmə kökü “kövrə”dir (müqayisə et: kövrə-k, kövrə-l), ondan da kövrəlmə  sözü əmələ gəlib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

Etimologiya lüğəti