kodieum
Südverənlər ailəsinə aid olan gözəl rəngli yarpaqlara malik dekorativ bitki.
K.-ın 10-dan çox növü var. K.-nun malik olduğu südə bənzər şirə zəhərlidir. Buna görədə bu bitkiləri uşaq otaqlarında saxlamaq lazım deyildir. Bitkini əkərkən və təmizləyərkən əlcəkdən istifadə etmək lazımdır. Qış fəslində aşağı temperatur hava şəraiti bitki üçün təhlükəlidir. Buna görə də bitkini qış aylarında 16 dərəcədən az olan temperaturda saxlamaq məsləhət deyildir. Yayda otaq temperaturu 25-30 dərəcədən çox olmamalıdır. Bitki külək axınını sevmədiyindən yay aylarında ona toxunub, çölə çıxarmaq məsləhət deyil. K. rütubət sevərdir, lakin hədsiz quruma kimi hədsiz nəmləndirmə də bitkinin yarpaqlarına mənfi təsir göstərir.
Biologiya terminlərinin izahlı lüğəti