Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

kseroks

ABŞ-ın Xerox şirkətinin adından

1. Elektrofotoqrafiyanın bir növü olan kse­roqrafiya üsulu ilə – quru rəng tozundan istifadə etməklə – sənədin, əsərin surətini kağız üzərinə köçürən aparat.

Tirajı az olan nəşrlərin, məsələn, broşürlərin çoxal­dıl­ması üçün bu aparatlar çap dəzgahlarına nisbətən daha səmərəlidir. 

2. Kseroqra­fi­ya üsulu ilə alınan fotosurət, sənəd nüsxəsi.

Jurnalistika terminləri lüğəti