Reklam
Reklam

Azərbaycan dastanlarının leksikası

külah fars

Papaq.

Həmin fikir qızın ürəyində, Nəcəf xanın paltarını geyinə-geyinə görək nə deyir:

Pərzad külah altdan qərq eylər saçın,

Getdi Nəcəf, solu, sağları qaldı.

                           (“Nəcəf və Pərzad”)

                             *

Şəmsi mat elədi camalın şövqi,

Dəridə qalmadı qəmərin zövqi,

Katibin ərşi ki, cənnətin fövqi,

Nurdan sənə çəkmiş külahi zülfün.

                                                (“Qurbani”)

Qeyd: Sonuncu misra “zülflərin sənə nurdan papaq düzəltmişdir” kimi şərh olunur. Bununla belə, güman edilir ki, bu misra təhrif olunmuşdur və əslini bərpa etmək mümkün olmayıb.

Azərbaycan dastanlarının leksikası