Dövlət tərəfindən söz və mətbuat azadlığının müdafiəsinə, media orqanlarının inkişafına yönəldilmiş, ardıcıl olaraq həyata keçirilən təşkilati-texniki, hüquqi, iqtisadi tədbirlər sistemi.
K.İ.V.D.D. cəmiyyətin məlumatlandırılması və maarifləndirilməsi sahəsində medianın rolunu artırmaq və insanların obyektiv informasiya almaq hüququnu təmin etmək məqsədi güdür. Bu dəstək qanunvericilik bazasının liberallaşdırılması, iqtisadi güzəştlər sisteminin tətbiqi, sosial reklamın idarə olunması, habelə birbaşa maliyyə yardımları formasında həyata keçirilə bilər. Belə tədbirlər dünyanın bir çox ölkələri üçün xarakterikdir. Lakin K.İ.V.D.D. medianın müstəqilliyinə xələl gətirməməli, jurnalistlərin öz ictimai funksiyalarını yerinə yetirməsinə mane olmamalı, proteksionizmə şərait yaratmamalıdır.
Jurnalistika terminləri lüğəti