Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

kütləvi informasiya vasitəsinin dövriliyi

Kütləvi informasiya vasitəsi məh­su­lunun istehsal olunma və auditoriyaya çatdırılma ardıcıllığı.

Qanuna görə, te­leradio və kinoxronika proqramları üçün minimal dövrilik ildə bir dəfə, dövri mətbu nəşrlər  – qəzetlər üçün ildə 12 dəfə, jurnal, toplu və bülletenlər üçün ildə iki dəfə təşkil edir. Yeni media faktik olaraq onlayn re­jimdə işlədiyi üçün bu sahədə dövrilik mü­əyyənləşdirilməyib.

Jurnalistika terminləri lüğəti