Reklam
Reklam

Azərbaycan dastanlarının leksikası

laf fars 

Boş söhbət, laqqırtı, lüzumsuz və bihudə söz. (“Koroğlu” dastanının lüğəti)

Laf eyləmə, Aslan paşa,

Sədrəzəm qaçdı sandım.

Havadakı humay quşlar

Yuvasından uçdu sandım.

                             (“Durna teli”)

*

Çox da laf eyləmə, ay Hasan paşa,

Mənim ağır-ağır ellərim vardır.

Əlimə keçəni bağlaram daşa,

Mənim yüz sənintək qullarım vardır.

                            (“Həmzənin Qıratı aparmağı”) (“Həmzə-Əsəd”)

Azərbaycan dastanlarının leksikası