alm. landsknecht < land – ölkə + knecht – muzdur, əsgər
XV–XVII əsrlərdə muzdlu alman piyada döyüşçüsü.
L.-lər orduya öz silahları ilə gəlirdilər. Onların vətəni Şvabiya (Cənubi Almaniya) sayılır. Öncə yadellilərdən fərqləndirmək üçün yalnız Şvabiyadan olan muzdlu döyüşçüləri L. adlandırıblar. Daha sonra bu ifadə bütün muzdlulara aid edilib. XVI əsrdən başlayaraq digər Avropa ölkələrinin (Fransa, Avstriya, İspaniya və s.) ordularında da L. dəstələri meydana gəlib. L.-lər xüsusi amansızlığı (ilk növbədə, dinc əhaliyə münasibətdə) ilə seçiliblər. Otuzillik müharibədən (1618–1648) sonra Avropada nizami orduların yaranması ilə L.-in mövcudluğuna son qoyulub.
Tarix terminləri lüğəti