Reklam
Reklam

Azərbaycan dilinin dialektoloji lüğəti

lavaşa1

Ağdam, Gəncə, Qubadlı, Salyan, Zəngilan

Bax: lavaş□ Alınça lavaşası çox turş olur (Gəncə); Bir az lavaşa ver, atın yarasına çəkim (Qubadlı); Nənəm lavaşa çıxardır (Zəngilan).

lavaşa2

Gəncə, Qubadlı, Ordubad

1. Nallanarkən atın üst dodağını və burnunu burmaq üçün ucuna ip keçirilmiş buynuz (Gəncə, Qubadlı).  Lavaşanı bura gəti, atın burnuna vur; Lavaşanı gəti ata vur, nallamağa durmur (Qubadlı); Bu atın burnuna lavaşa vurmasan, nallamağ olmaz (Gəncə).

2. Zəncirin ucunda olan qarmaq (Ordubad). □  Lavaşanı aparın verin dəmirçiyə düzəltsin.

3. İpək çəkərkən baramanı tiyanda islatmaq üçün əyri ağac (Ordubad). □ Lavaşa qırılıb.

Azərbaycan dilinin dialektoloji lüğəti