Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

ləbbadə [ləbba:də] isim ərəb

1. Arxaizm. Müsəlman ruhanilərinin və mömin adamların üstdən geydikləri qolsuz və ya gödəkqollu, yaxası açıq uzun kişi paltarı (əslində ərəb milli paltarıdır). □ Qara gecə ləbbadəsini ehmalca çiyninə salıb, dəhlizə çıxdı. (Mir Cəlal).

2. Məcazi mənada: uzun, enli, biçimsiz paltar haqqında. □ Əynindəki palto deyil, ləbbadədir.

Azərbaycan dilinin izahlı lüğəti