Reklam
Reklam

Tarix terminləri lüğəti

linç məhkəməsi

Cinayətdə, yaxud əksəriyyət tərəfindən qəbul edilmiş hər hansı normanın pozulmasında şübhəli bilinən şəxsə kütlə tərəfindən məhkəməsiz və istintaqsız divan tutulması, özbaşına cəzalandırma.

L.M., adətən, divan tutulan şəxsin ölümü ilə nəticələnir. XIX əsrin sonlarından XX əsrin 30-cu illərinədək ABŞ-da qaradərililərə və onları müdafiə edən ağlara qarşı belə cəza forması daha geniş tətbiq olunub. Ehtimala görə, XVIII əsrdən işlədilən L.M. termini ABŞ irqçi-polkovniki Linçin (Lynch) adı ilə bağlı yaranıb.

Tarix terminləri lüğəti