Reklam
Reklam

Azərbaycan dilinin dialektoloji lüğəti

lıqqa1
Ağdam, Bakı, Beyləqan, Cəbrayıl, Əli Bayramlı, Kürdəmir, Salyan, Lənkəran, Mingəçevir, Şamaxı

Palçıq.  Bizim küçə lıqqadı, keçməy olmur (Lənkəran); O, üstünü lıqqıya bulıyıf (Cəbrayıl); Arabamız lıqqıya batdı (Şamaxı).

lıqqa2
Kürdəmir, Salyan

Bulanıq, lilli. □ Bu su lap lıqqadı (Kürdəmir).

Azərbaycan dilinin dialektoloji lüğəti