Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

lobbi jurnalistikası

Parlamentdən hazır­lanmış materiallarda jurnalistlərin zaldakı müzakirələri deyil, dəhlizlərdə danı­şılan­ları, qeyri-rəsmi söhbətlərdə eşitdiklərini işıqlandırması təcrübəsi.

Bu, audito­riya­nın diqqətini əsas məsələlərdən yayın­dırmaqla yanaşı, bəzən deputatlar, nazirlər üçün ağır nəticələrə səbəb olur. 1947-ci ildə İngiltərənin maliyyə naziri baron Hyu Dalton parlamentin büdcə müzakirəsinə həsr olunmuş iclasına girərkən məru­zəsi­nin bir detalını dəhlizdə jurnalistə demişdi. Jurnalist yüksək operativlik göstərərək na­zir məruzənin həmin hissəsini oxumağa im­kan tapmamış məlumatı yaymışdı. Buna görə təcrübəli siyasətçi istefa verməyə məcbur olmuşdu.

Həmçinin bax:

Jurnalistika terminləri lüğəti