Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

lüğəz

Əruz vəznində olub hər hansı bir obyektin və ya varlığın xüsusiyyətləri izah edilərək yazılan tapmaca xarakterli mənzum parça.

Daha çox divan ədəbiyyatında istifadə edilib. Əksər vaxt sual formasında qurulur. Ən əhəmiyyətli xüsusiyyəti içində sualın həlli ilə bağlı ipuclarının verilməsidir. Əsasən, divanların son hissələrində verilir. Əyləndirici və öyrədici olur. Azərbaycan şairləri ara-sıra L.-ə müraciət ediblər:

Vəh, nədir ol tairi-fərxəndəbalü tizpər,

Kim, olur bir türfə ayin ilə hərdəm cilvəgər.

Ağzı açıq, çıxmaz avazı, ayağı yox, yürür,

Can iləndir seyri, əmma demək olmaz canəvər.

Yengi aydır heyəti, əmma yeni aylar kimi,

Bədr olmaz necə kim, göy üzrə sərgərdan gəzər.

Sayılır pəhlulərinin üstüxani zəfdən,

Böylə zəf ilən ağır yüklər çəkər, eylər hünər.

Canı yox, lakin rizayi-xəlq hasil qılmağa,

Gah aşağı, gah yuxarı seyr edib canlar çəkər... (M.Füzuli)

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti