Hakimiyyət dəyişikliyindən sonra əvvəlki rejimin tərəfdarlarının hüquq və fəaliyyətlərinin məhdudlaşdırılması.
L. qanunları qəbul olunmuş ölkələrdə keçmiş rejimlərlə sıx əməkdaşlıq edərək ölkəyə ziyan vurmuş şəxslər aşkarlanır, bəlli müddət çərçivəsində və ya müddətsiz olaraq onların ictimai-siyasi həyatda iştirakına qadağa qoyulur. Baltikyanı ölkələrdən başqa keçmiş sovet respublikalarının heç birində müstəqillikdən sonra L. haqda qanun qəbul edilməyib. □ Lüstrasiya qanunu.
Azərbaycan dilinin izahlı lüğəti