Ara, aralıq; orta, ortalıq.
Sözün beynəlmiləl, beynəlxalq kəlmələri ilə əlaqəsi var.
Mən də xan babama namə yazaram,
Ara yerdə mabeynini düzərəm;
Əsma xanım qulluğunda gəzərəm,
İki tərlan bir igidə ar deyil.
(“Lətif şah”)
İkinci misranı ara yerdə (aralıqda) aranızı düzəldərəm kimi anlamaq olar. Sözlərin paralel işlənməsi dastanlarda rast gəlinən haldır. Məsələn, mürğ quşu ifadəsində hər iki söz eyni mənadadır.
Azərbaycan dastanlarının leksikası