Reklam
Reklam

Azərbaycan dilinin dialektoloji lüğəti

mağar1

Ağdaş, Bərdə, Bolnisi, Borçalı, İmişli, Qazax, Mingəçevir, Oğuz

1. Toy məclisi. □ Qız evində o gecə sübhə tək mağar qurub, küy-kələy elədilər (Ağdaş).

2. Toy məclisi keçirmək üçün qurulmuş alaçıq. □ Toyçun mağar tikirüg (İmişli); Mağarın dört böyrünə gəvə, palaz vurrux, yüz-ikü:z adam oturur (Bərdə); Bizim kətdə mağar qurulub, toy olacax (Qazax).

3. Oğlan toyu. □ Əlinin mağarına gedəysən? (Ağdaş).

4. Evlənən oğlana qohumlarının verdiyi hədiyyə. 

mağar2

Zaqatala

Şırım (əkində).

Azərbaycan dilinin dialektoloji lüğəti