fars. mah dilimizə tərcümədə Ay deməkdir. Klassik poeziyada gözəlin surətinı işarə etmək məqsədilə işlədilən, tez-tez rast gəlinən ifadələrdəndir.
Azərbaycan antroponimikasında mah, bəzən də meh, məh ilə başlayan kifayət qədər qadın adları mövcuddur. Bu qəbildən olan adların birinci hecasındakı söz əslində “mah” dır. Klassik şeirdə də bəzən “mah” sözünün dəyişilmiş formalarına təsadüf edilir.
Azərbaycan şəxs adlarının izahlı lüğəti