Reklam
Reklam

Azərbaycan dilinin dialektoloji lüğəti

mama

Ağcabədi, Ağdam, Ağdərə, Balakən, Başkeçid, Borçalı, Böyük Qarakilsə, Cəbrayıl, Füzuli, Göyçay, İmişli, Qax, Qarakilsə, Qazax, Laçın, Mingəçevir, Şəki, Şəmkir, Tərtər, Ucar, Yevlax, Zaqatala, Zəngilan

Bibi.  Mamam oğlu əsgərdi, bir ildi gidən (Şəki); Mamamın üç oğlu var (Ucar); Atamızın bajısına mama deyirix' (Qazax); Mən mamamgilə getmişdim (Borçalı); Mamama deyərsən ki, bizə gəlsin (Balakən); Dədəmin bayıssı mamam olur (Yevlax); Bizim uşaxlar mənim bajıma mama de:ir (Ağdam); Mamamgil dünənnəri bizə:lmişdi (Zəngilan).

Azərbaycan dilinin dialektoloji lüğəti