Reklam
Reklam

Azərbaycan dilinin dialektoloji lüğəti

manşır

Ağbaba, Başkeçid, Borçalı, Cəbrayıl, Hamamlı, Qazax, Sabirabad, Tovuz

1. Nişan.  Hare:tsən bu Qazağın dili manşırdı (Qazax); Apar bu ağacla yerin ortasına manşır qoy, qarışmasın (Tovuz).

2. Məşhur.  Nədir manşır adamdı (Borçalı); O bizim kətdə manşır adamdı (Tovuz); O qoyun ki itif, manşır qoyundu (Ağbaba).

Azərbaycan dilinin dialektoloji lüğəti