1. Gözlərini bir yerə, bir nöqtəyə dikib baxmaq.
2. Marığa yatmaq, pusmaq, güdmək. (“Koroğlu” dastanının lüğəti)
Onları yanındakı adamlara göstərib dedi:
– Görürsünüzmü? Koroğlunun keşikçiləri yolu marıtdayıblar. (“Koroğlunun Bayazid səfəri”)
*
Koroğlunu marıtlayıb atı dördəmə buraxdı. İldırım kimi gəlib Koroğluya çatanda nə gücü var, təpəsindən bir qılınc vurdu. (“Koroğlu ilə Bolu bəy”)
Azərbaycan dastanlarının leksikası