Reklam
Reklam

Azərbaycan dilinin dialektoloji lüğəti

maş

Borçalı, Cəbrayıl, Culfa, Xocavənd, Qazax, Ordubad, Salyan, Şahbuz, Şəki, Şərur, Şuşa, Yardımlı, Zəngilan

1. İri ala lobya. □ Maş lobyadan iri olır (Salyan); Maşı xörəyə tökəllər yiyəllər (Şərur); Nərgiz maş gətdi (Ordubad); Maşı salırıx ətə (Culfa).

2. Xırda və qırmızı lobya (Cəbrayıl, Şahbuz, Zəngilan). □ Bi:l bir əz maş əhmişdim, onu da dolu korradı getdi (Şahbuz); Aşınkı maşdı, elə ləzətdi olur ki (Zəngilan).

Azərbaycan dilinin dialektoloji lüğəti