Reklam
Reklam

Azərbaycan dastanlarının leksikası

mazarat

ərəb. məzərrət

1. Ziyan, zərər.

2. Mərdimazar, müzür.

Dastanda 2-ci mənada işlənib. Dialektlərdə dələduz mənasına rast gəlinir.

Şah İsmayıl heç danışmaz ləcinən,

İşim yoxdur mazaratnan, bicinən,

Verməsən də, alacağam gücünən,

Alacağam, nənə, ceyran mənimdi.

                                         (“Şah İsmayıl”)

Azərbaycan dastanlarının leksikası