Reklam
Reklam

Azərbaycan dastanlarının leksikası

mazarat 

ərəb. məzərrət

1. Ziyan, zərər.

2. Mərdimazar, müzür. Dialektlərdə dələduz mənasına da rast gəlinir.

3. Dastanda çoxbilmiş mənasında işlənir. (“Koroğlu” dastanının lüğəti)

Gözdərinnən mazaratsan,

En atınnan, əcəm oğlu. (“Pərizad xanımın Çənlibelə gəlməyi”) (İ.A., B.A.)

*

Məhbub xanım çox ağıllı qız idi. Atası onun adına həmişə Mazarat deyərdi, yəni çoxbilmiş. (“Məhbub xanımın Çənlibelə gəlməyi”)

Azərbaycan dastanlarının leksikası