Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

məclis [məclis] isim ərəb

1. Bir məsələ haqqında danışmaq üçün düzəldilən yığıncaq, toplaşmış adamlar heyəti; toplanış, iclas; həmin toplanışın düzəldiyi yer.
2. Toy, şənlik, yas və s. bu kimi yerlərdə toplanan yığıncaq. □ Toy məclisi. Şənlik məclisi. Təziyə məclisi.
3. Türkiyədə və İranda qanunverici orqanın, parlamentin adı. □ Tehranda məclisi topa tutublar. (C.Məmmədquluzadə).
4. Teatr tamaşalarının ayrı-ayrı hissəsi; pərdə, şəkil. □ Birinci məclis Rüstəm bəyin evində vaqe olur. (Ü.Hacıbəyov).

Azərbaycan dilinin izahlı lüğəti