1. İçərisinə şəkil və ya başqa bir şey qoyulan girdə və ya uzunsov kiçik qutu şəklində zərgərlik məmulatı. □ Eşqimdən nişana saxla sən bunu; Deyə o, mücrüdən zər medalyonu; Çıxarıb istəyir taxa boynuna. (B.Vahabzadə).
2. İncəsənət. Hər hansı bir bəzək və ya şəkil üçün çərçivə vəzifəsi görən dairə, oval, habelə bu cür çərçivəyə salınmış şəkil, qabarıq ornament və s. □ Kompozisiya vazanın ortasındakı dörd medalyondan və bütün vazanı əhatə edən Azərbaycan milli naxışlarından ibarətdir.