lat. medium – ara, vasitəçi + yun. kratos – hakimiyyət
Kütləvi informasiya vasitələrinin siyasi təsiri, hakimiyyəti.
M. faktik olaraq siyasi hakimiyyətlə medianın simbiozudur, o, qərarların qəbul edilməsi prosesinə və ictimai müzakirələrin gedişinə KİV-in həlledici təsir göstərdiyi şəraitdə mümkündür. M. və «dördüncü hakimiyyət» terminləri arasında oxşarlıq böyükdür, bununla yanaşı, mühüm fərqlər də var.
Həmçinin bax:
Jurnalistika terminləri lüğəti