1. Məscidlərdə qiblə tərəfdəki divarın içində oyuq yer (önündə namaz qılınır).
2. Qiblə.
3. Məcazi mənada: inanılan yer.
4. Məcazi mənada: məşuqənin qaşları.
Gedirəm, yolum iraxdı,
Bülbül ötər səhər vaxtı,
Boş qalmasın babam taxtı,
Yıxılmasın o mehrabı.
(“Şah İsmayıl”)
*
Qaşları mehrabı, gözləri yağı,
Ahu gözlüm, nə dönürsən məzarı?!
Aşığı bənd edər zülfü, dodağı,
Ahu gözlüm, nə dönürsən məzarı?!
(“Əsli və Kərəm”)
Azərbaycan dastanlarının leksikası