Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

MEHRİCAN

fars. Mehri adı və can sözünün birləşməsindən əmələ gəlmiş şəxs adıdır. Qədim adlardan olan Mehrican (bax: ad – MEHRİ; CAN) qadın adı sevimlim, canıma yaxın olan, şəfqət göstərən mənalarını ifadə edir.

Adın daşıyıcılarından XIII əsrin əvvəlində yaşamış Mehrican xatun Sultan Toğrulun qızı, Atabəylər dövlətinin son hökmdarı olmuş Müzəfərəddin Özbəyin arvadı, Azərbaycan tarixində görkəmli şəxsiyyətlərdən olmuşdur. O, dövlətin idarə olunması və siyasətlə bağlı məsələlərdə fəal mövqeyə malik idi.

Azərbaycan şəxs adlarının izahlı lüğəti