Bərdə, Göyçay, Xudat, İsmayıllı, Qusar, Oğuz, Şəki, Ucar
Kol, tikan qırmaq üçün orağa oxşar xüsusi alət. □ Məngəlimiz yoxdu diyənə kol qırmağa sabeyinnəri gedəcik (İsmayıllı); Dəryaznan oççalırıx, <ot çalırıx>, məngəlnən kol (Ucar); Qaratikan-zad qırırux məngəlnən (Şəki); Məngəlin bir metr yarım ağac sapı olur; Məngəli gəti kol qırmağa gedirəm (Oğuz).
Azərbaycan dilinin dialektoloji lüğəti