Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

mәqalat

Klassik Azәrbaycan әdәbiyyatında mәnzum heka­yənin bir növü; hekayət.

Hər mәqalat bitkin süjet xәttinә malik olan müstәqil әsәrdir. Mәzmununa görә məqalatlar, әsasən, didaktik xarakter daşıyır. Mәqalat tәklikdə yazılıb oxunduğu kimi, silsilә şәklindә dә olur. Nizaminin “Sirlər xəzinəsi” əsərində 20 məqalat vardır. Silsilə şəklində olan məqalatlar mövzu baxımından bir-birini tamamlayır. Divan ədəbiyyatında məqalatlar məsnəvi formasında yazılırdı.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti