Reklam
Reklam

Azərbaycan dastanlarının leksikası

mərəkə ərəb

1. Səs-küy, qalmaqal, qovğa, dava-dalaş, həngamə.

2. Məclis (toy, yas mərasimi). (“Koroğlu” dastanının lüğəti)

İndi əsl mərəkə burdadı. Ya Koroğluya verən Allah, ya mənə. (“Koroğlunun Bayazid səfəri”)

*

Lələ tez özünü meydana çatdırıb gördü ki, mərəkə dağılıb, bir neçə osmanlı İsabalının qolundan tutub hərəsi bir yana çəkə-çəkə onu evlərinə qonaq aparmaq istəyirlər. (Paris nüsxəsi, 12-ci məclis)

Azərbaycan dastanlarının leksikası