Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

MƏRYƏM

yəhudi. Maryam xristianlığın əsasını qoyan İsa Peyğəmbərin anası Mariyanın adının ərəbcələşdirilmiş forması kimi izah edilir.

Mənbələrdə əslində rədd edən, müqavimət göstərən mənasını ifadə edən mara sözündən, eləcə də acı, zəhər mənasında olan marar sözlərindən olduğu barədə məlumatlara rast gəlinir. Avropada Mariya, Şərqdə Məryəm formasında geniş yayılmışdır. Bəzi lüğətlərdə dindar, günü ibadətlə keçən, ismətli, namuslu mənasını, bəzilərində isə sevgili, istəkli anlamlarını ifadə etməsi ilə bağlı izahlara da təsadüf edilir. Yəhudilərin peyğəmbəri və padşahı əfsanəvi Davudun nəslindən olan İmranın qızı, xristian dininin yaradıcısı İsa Peyğəmbərin anası Məryəmin əsl adındandır. Belə bir dini rəvayət vardır ki, yəhudilər İsanı atasız doğduğu üçün Məryəmi incitmiş və təqib etmişlər. Bu zaman yeni doğulmuş İsa guya dilə gəlib anasının günahsız və təmiz olduğunu təsdiq etmişdir. XX əsrdə qədim adlardan sayılan Məryəm məişətimizdə geniş yayılmış antroponimlər sırasında olsa da, bu gün artıq müşahidəediləcək dərəcədə azalmış qadın adlarındandır.

Azərbaycan şəxs adlarının izahlı lüğəti