Reklam
Reklam

Məsəllər, deyimlər

MƏSƏLƏ SOSİSKADA DEYİL

►Birinin diqqətsizliyindən, etinasız və laqeyd davranışından gileyləndikdə işlədilən ifadə.

İfadə «Uşaqlığın son gecəsi» filmindən (1968) qaynaqlanaraq yayılmışdır.

Filmin personajlarından biri olan Davud qonşusu Muradın ət kombinatında işlədiyini eşitdikdə gileylənir ki, o (Murad), bir qonşu kimi Davuda qarşı etinasızdır: ət kombinatında işləməsinə baxmayaraq indiyə kimi qonşusuna bir kilo sosiska belə gətirməyib.

Murad etiraz etmək istədikdə isə Davud bu kəlmələri əlavə edir: «Məsələ sosiskada deyil, vnimatelnı (diqqətcil) olmaqdadır. Pulum var, özüm də alaram. Amma sən gətirsən, deyərəm dostum məni sayır».

Məsəllər, deyimlər