ərəb. matanat sözündən olub, dözüm, davamlılıq, möhkəmlik, yenilməzlik, sarsılmazlıq, səbat, mətinlik, iradə kimi anlamları ifadə edir.
XX əsrin altmışıncı illərinə qədər Mətanət qadın adına çox nadir hallarda təsadüf edilirdi. M.Təhmasibin uşaq və yeniyetmələr üçün nəzərdə tutulmuş “Çiçəkli dağ” ssenarisi əsasında çəkilmiş “Bir qalanın sirri” filmi öz dövründə Azərbaycan tamaşaçısının yaddaşında dərin izlər buraxa bilmişdi. Filmin qəhrəmanları əsasında öz mətinliyi, dözümlüyü, iradəsi, yenilməzliyi ilə seçilən Mətanət, bir növ, sarsılmazlığın simvolu kimi canlandırılmışdı. Bununla da məişətimizdə Mətanət uzunömürlü adlardan olmuşdur.
Azərbaycan şəxs adlarının izahlı lüğəti