Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

məxləsnamə

Yenicə yazmağa başlamış şairə təxəllüs vermiş ustad sənətkarın bu münasibətlə qələmə aldığı şeir.

Türk şairi Əşrəf paşa Əbdüllətif paşanın nəvəsi, sonralar məşhur türk şairi, dramaturqu və publisisti Kamala “Namiq” təxəllüsünü verməsi haqqında belə bir M. yazıb:

Həfidi-əkrəmi Əbdüllətif paşanın –

Kamal bəy ki, mücəssəm kəmaldır təhqiq,

Qəbul qıldı təvazölə nitqi-naçizim –

Edincə zatını “Namiq” təxəllüsün təşviq.

(Əbdüllətif paşanın, həqiqətən, ağıl-kamal mücəssəməsi olan əziz nəvəsi Kamala mən acizanə surətdə “Namiq” təxəllüsünü verdikdə o bunu təvazökarlıqla qəbul elədi.)

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti