Bədii əsərdə müəllifin çatdırmaq istədiyi əsas fakt və fikirlərin məcmusu.
Məzmun və forma bir-biri ilə vəhdət təşkil edən fəlsəfi kateqoriyalardır. Bu kateqoriyalar istənilən varlıq və ya hadisənin mahiyyətini təşkil edir. Hər bir sözün ifadə etdiyi anlayış onun məzmunu, hərf və səs tərkibi isə həmin sözün formasıdır. Formaya nisbətən məzmun ilkindir; müəllif əsəri yazmağa başlayarkən, ilk növbədə, hansı hadisə, fakt və fikirləri çatdıracağı barədə düşünür. Yalnız bundan sonra yazacağı əsərin formasını – janr, üslub və s.-ni müəyyən edir. Eyni məzmunlu, lakin müxtəlif formalı əsərlər ola bilər. Eləcə də eyni formalı, müxtəlif məzmunlu nümunələr də vardır.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti