Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

mif

yun. muthos – rəvayət

1. Geniş ya­yıl­mış yanlış fikir, ideya, təsəvvür.

M. ide­allaşdırılmış, yaxud mənfi obraz, habelə dəfələrlə təkrarlanan səhv fikir ola bilər. İstənilən halda müasir M.-lərin yaran­masında medianın rolu aparıcıdır. Misal: «Bugünkü Hindistan – medianın yaratdığı mifdir» (İndia Today qəzeti).

2. Faktik əsası olmayan, uydurulmuş məlumat.

İlkin mənasında (qədim dövrlərdə) M.-lər top­lumların də­yərlər sistemini, dünya­gö­rü­şünü özündə əks etdirən mühüm simvollar olub. Orta əsrlərdən başlayaraq terminin mənası də­yişməyə başlayıb. O, getdikcə daha çox mənfi mənada işlədilib, əsassız faktların, uydurma iddiaların sinoniminə çevrilib. İndi hər hansı xəbəri M. ad­lan­dırmaq onun yalan olduğunu bəyan etmək deməkdir. Lakin M.-in həqiqətdən kəskin fərqlən­dirildiyi şəraitdə də terminin mənfi mənası müqəddəs mətnlərə, qədim inanc­lara və rəvayətlərə şamil edilmir.

Jurnalistika terminləri lüğəti