lat. minimum – ən az
Obyektin keyfiyyətli foto və videoçəkilişinin aparılması üçün zəruri sayılan işıqlanma dərəcəsi, işıq enerjisi.
İnsanın gözü kameranın obyektivindən və ötürücü borusudan qat-qat həssasdır, təsviri aydın görmək üçün ona daha az işıq lazımdır. Bu səbəbdən gözlə görünən bir çox səhnələr çəkilişdə qaranlıq alınır, M.İ.-nı təmin etmək üçün yerin dəyişdirilməsinə və ya əlavə işıq mənbəyi quraşdırılmasına ehtiyac yaranır. Fotoqrafiyada və teleistehsalatda işıqlanma səviyyəsini ölçmək üçün eksponometr adlı cihazdan istifadə olunur.
Jurnalistika terminləri lüğəti