Reklam
Reklam

Azərbaycan dilinin dialektoloji lüğəti

moda1

Cəbrayıl, Zəngilan

Ot topası. □ Beş-altı modadan bir taya əmələ gəlir (Cəbrayıl).

moda2

Oğuz

İri qoz. □ Saqqa qoz oyununda moda qoznan, çətənə qoznan oynuyullar.

moda3

Çənbərək

Boyunduruğun orta hissəsində zənciri saxlayan çıxıntı. □ Boyunduruğun modası qırılıf zəncir oana-buana sürçür.

moda4

Qax

Çoxyeyən.

Azərbaycan dilinin dialektoloji lüğəti