Çingiz xan və onun sələflərinin XIII əsrdə Asiya və Şərqi Avropa ölkələrinə hərbi yürüşləri.
M.İ. nəticəsində Asiyanın əksər ərazilərini və Şərqi Avropanın xeyli hissəsini əhatə edən, Yaponiyadan Dunay çayınadək uzanan qüdrətli Monqol imperiyası yaranıb. Bu istilalar eyni zamanda böyük ərazilərin, şəhərlərin və memarlıq abidələrinin dağıdılmasına, yüz minlərlə insanın məhvinə səbəb olub. M.İ. Şərq ölkələrinə daha ciddi ziyan vurub. Qərb dövlətləri iqtisadi və mədəni yüksəliş dövrü olan İntibaha doğru getdiyi bir vaxtda M.İ. Şərq ölkələrini mədəni və iqtisadi inkişafda xeyli geri atıb. Beləliklə, faktik olaraq Şərqin Qərbdən gələcək geriliyinin əsası qoyulub.
Tarix terminləri lüğəti