Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

MÖTƏBƏR

ərəb. mötabar sözü dilimizdə etibarlı, inanılan, etibar edilən, inam yeri, inanılmış, hörmətli, nüfuzlu, sözükeçən, həmçinin tanınmış, məqbul, hökmü olan (şəxs) anlamlarını ifadə edir.

Azərbaycan antroponimikasında müştərək şəxs adlarından olan Mötəbər çox hörmətli mənasındadır. Bu gün Azərbaycanda Mötəbər adının daşıyıcıları, əsasən, orta və yaşlı nəslin nümayəndələridir.

Azərbaycan şəxs adlarının izahlı lüğəti