Allah, yaradan. (“Koroğlu” dastanının lüğəti)
Başına döndüyüm mehriban ata,
Ata, getməliyəm, Ağ şəhərə mən.
Çağırram mövlanı dadıma çata,
Ata, getməliyəm, Ağ şəhərə mən.
(“Zərnişan xanımın Çənlibelə gəlməyi”) (İ.A., B.A.)
*
Mövla ismi bil əzbərdir dilimdə,
Zərrəcə qəm gəlməz mənə ölüm də,
Başım ətəyimdə, qılınc belimdə,
Görəm üçün didarinə gəlmişəm.
(“El şairləri”)
*
Yoldaşlarım, bu gün dava günüdür,
Hazırlaşın, mövlam sizə yar olsun!
Qeyrət əhli qızıl qana bulansın,
Qeyrətsizi qoy tər bassın, xar olsun!
(“Koroğlunun qocalığı”) (“Koroğlu–Hümmət”)
Azərbaycan dastanlarının leksikası