İlk bəndi on, sonrakı bəndləri on iki misradan ibarət olan şeir forması.
Müəşşər 5-12 bənddən ibarət olur. Birinci bəndin misraları həmqafiyə olur və son misra digər bəndlərin sonunda təkrarlanır. Şəkil baxımından tərcibəndə yaxındır. Tərcibəndin ilkin bəndində son iki misra qafiyələnir və bu baxımdan müəşşərdən seçilir. Müəşşərlərdə daha çox şairin fələkdən şikayəti, habelə giley-güzarı əksini tapır:
Ey büti-tutizəban, gəl ki, məqalın istərəm,
Təşneyi-dindarınam, abi-zülalın istərəm.
Nazi-gərmü qəmzeyi-çeşmi qəzalın istərəm,
Üz bəyazında sənin öz xəttü xalın istərəm.
Mətləi-vəchində əbruyi-hilalın istərəm,
Sayeyi-sərvi-qədi-tuba misalın istərəm
Dəmbədəm zövqi-təmaşayi-cəmalın istərəm,
Tari-zülfi-müşkrəngü ruyi-alın istərəm.
Qalmışam hicrində, gülzari-vüsalın istərəm,
Ey büti-tutizəban, gəl ki, məqalın istərəm. (M.P.Vaqif)
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti