Morfoloji əlaməti -ın4 şəkilçisi olan yiyəlik hal; məs.: xalçanın rəngi, otağın havası və s.
Müəyyən yiyəlik hal kimin? nəyin? haranın? suallarına cavab verir. Cümlədə daha çox özündən sonra gələn mənsubiyyət şəkilçili sözlə III növ ismi birləşmə yaratmış olur; məs.: Kitabın rəngi yaşıl idi. Müəyyən yiyəlik hal müstəqil şəkildə yalnız ismi xəbər ola bilir; məs.: Kitab qardaşımındır.
See also:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti