Reklam
Reklam

Azərbaycan dastanlarının leksikası

müjgan fars

Müjə (kirpik) sözünün cəmidir; kirpiklər deməkdir. (“Koroğlu” dastanının lüğəti)

Klassik ədəbiyyatda və aşıq şeirində oxa bənzədilir.

Ay bimürvət, çıxdı canım,

Müjganların tökdü qanım,

Sənə qurban Nigar xanım,

Ay bu gələn yar olaydı!..

           (“Həmzənin Qıratı aparmağı”)

*

Telli Nigar məlul durar,

Əl qoynunda boynun burar,

Müjganın sinəyə vurar,

Göz oxşayar, qaş inildər.

         (“Eyvazın Çənlibelə gətirilməyi”)

*

Koroğluyam, sözüm çoxdur,

Hansı igidin sonu yoxdur,

Sözlərim müjganlı oxdur,

Ocaq yanar, daş ingildər...

                          (“El aşıqları”)

Azərbaycan dastanlarının leksikası