ərəb. mükafat sözü dilimizdə birinin hər hansı bir sahədəki nailiyyətini, müvəffəqiyyətini qeyd etmək üçün ona verilən pul və ya başqa qiymətli hədiyyə, iş yerində yaxşı göstəricilərinə, yaxud bayram münasibətilə işçilərə verilən pul (mükafat olaraq), müəyyən bir xidmət müqabilində, yaxud yaxşılığa qarşı əvəz olaraq verilən pul, qarşılıq mənalarını ifadə edir.
Ailədə doğulan övlada Tanrının payı, Allahın mükafatı kimi baxılması bu məzmunda şəxs adlarının yaranması ilə nəticələnmişdir. Bu gün Azərbaycan antroponimikasında müştərək şəxs adları sırasında olan Mükafat adının daşıyıcıları, əsasən, orta və yaşlı nəslin nümayəndələridir.
Azərbaycan şəxs adlarının izahlı lüğəti