Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

MÜLAYİM

ərəb. mülayim sözü dilimizdə yumşaq, həlim, xoş, ürəyəyatan, həmçinin isti ilə soyuq arasında olan, nə çox isti, nə də çox soyuq iqlim, mötədil iqlim mənasındadır.

Azərbaycan antroponimikasında müştərək şəxs adları sırasında olan Mülayim şəxs adı xoş, ürəyəyatımlı anlamındadır. Bu gün Mülayim adının daşıyıcıları, əsasən, orta və yaşlı nəslin nümayəndələridir.

Azərbaycan şəxs adlarının izahlı lüğəti