Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

münşəat

1. Şairin müasirlərinə yazdığı məktublar toplusu.

Q.Zakirin M.F.Axundzadə, İ.Qutqaşınlı, X.B.Natəvan, Q.Orbeliani vә başqa müasirlәrinә yazdığı mәnzum məktublar mәcmusunu nümunə göstәrmәk olar.

2. Yüksək, dəbdəbəli üslubda yazılmış nəsr əsərləri məcmuəsi.

“Münşi” sözü “üslubu gözəl olan” deməkdir. M. orta əsrlərdə Şərqdə ayrıca bir ədəbi-tarixi, elmi-publisistik janr səviyyəsinə çatmış yaradıcılıq hadisəsi olub.

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti