Reklam
Reklam

Azərbaycan dastanlarının leksikası

mürəxxəs olmaq

Çıxıb getmək, azad olmaq. (“Koroğlu” dastanının lüğəti)

Cünun da durub paşanın hüzurundan mürəxxəs oldu. (“Koroğlunun Ərzurum səfəri”)

*

Əhməd tacirbaşı paşanın yanından mürəxxəs olub, evinə gəldi. (“Koroğlunun Bayazid səfəri”)

*

Hasan paşa zəmini-ədəb öpüb, mürəxxəs olmaq istəyəndə xotkar dedi...(“Həmzənin Qıratı aparmağı”)

Azərbaycan dastanlarının leksikası